7 Mayıs 2011 Cumartesi

Layihədə iştirakım





    Onlayn layihələr dünyda ən güclü körpüdür 
İlk dəfə onlayn layihələrə Project Harmony təşkilatının xətti ilə qoşulmuşam. Bunlar "Qlobal sinif", "Vətəndaş təhsili", "Liderlik" layihələridir. 
"Qlobal sinif" layihəsinə 2004-cü ildən başlamışam. 
Layihəyə dünyanın 20 ölkəsinin məktəbləri ilə başladıq və bu layihə  ingilis dilində aparılır.
“Qlobal sinif” onlayn layihəsində mənim əməkdaşım Meyn ştatının Belfast şəhərindən Mayk Beylidir.
Bizim ilk unit tapşırığımız hər bir məktəb şagirdlərinin öz rayonlarının tarixi, coğrafiyası, iqtisadiyyatı, tanınmış şəxsiyyətləri, adət-ənənələri və sairə barədə məlumat toplayıb öz rayonlarının saytını yaratmaq idi. Şagirdlərlə mən birlikdə çox maraqlı faktlar və məlumatlar əldə edib bu mövzulara aid müxtəlif şəkillər topladıq.
Sonra bu mövzulardan və şəkillərdən istifadə edib öz rayonumuzun saytını ingilis və azərbaycan dilində  hazırladıq. Bizim bu işimiz Amerikalı tərəfdsaşlarımızın  və şagirdlərinin xoşuna gəldi.
Layihənin son nəticəsi olaraq ishtirakçı tərəflərin işini əks etdirən bir sayt yarandı. Ünvan belədir:  
http://www.nea.org/neatoday0602globallearning.html

Bu saytda siz bizim intervülərimiz ilə də tanış ola bilərsiniz.
Bu layihəmiz bu gün də uğurla davam edir və əməkdaşımla mən bu layihəni 2009-cu ildə IEARN təşkilatının Mərakeşdə keçirilən 16-cı kofransında biz bu layihənin təqdimatını etdik.

                     Təqdimatdan görüntü



“Vətəndaş təhsili” layihəsi

Mən “Vətəndaş təhsili” layihəsində 6 nəfər  şagirdim ilə iştirak edirdim. Bu layihədə “Son 60 ildə ölkəmizdə baş verən hadisələr” barədə hər iki tərəf onilliklərlə  prezentasiya hazırlayıb fərqli və oxşar cəhətləri müzakirə edirdik. Bundan başqa biz ikinci bölümdə “Xalq nağılları” nı prezentasiya kimi hazırlayıb müzakirə etdik.
2007-cı ildə mənim əməkdaşım Veyn Şlegel qonağım olmuş, məktəbimizə də gəlmişdir. O mənə bu layihəni bəyəndiyini söyləmişdir.
 
Mən və əməkdaşım Veyn Şlegel


”Gənclərin liderliyi” layihəsi

”Gənclərin liderliyi” layihəsində mən 4 nəfər  şagirdim ilə iştirak etdim. Bizim iki nəfər şagirdimiz Atakişiyeva Leyla və Süleymanlı Səlcuq iki həftəlik Amerikaya getmək hüququ qazandılar. Onlar orada müxtəlif mövzularda prezentasiyalar hazırlayıb nümayiş etdiriblər və onların işləri yüksək qiymətləndirilib.

         IEARN online kursu
Bu kursda mən  2007-ci ilin oktyabrında iştirak etdim. Burada dünyanın müəllimləri təhsil haqqında  fikir mübadilələri edirlər və kurslardan keçirlər.Mən də IEARN-nün onlayn kursundan keçmişəm. Bu 9 həftəlik online bir kurs idi. Layihənin koordinatorları Amerikadandırlar. Bu layihə ingilis dilində aparılırdı.
Burada dünya müəllimləri təhsil barədə, şagirdlərin yeni innovativ metodlar əsasında öyrədilməsi barədə fikir mübadilələri edirlər. Bu kurs başa çatıb. Son nəticə olaraq mən “IEARN Master Teacher” sertifikatına  layiq görülmüşəm. 
IEARN layihələrinə bu kursdan sonra qoşulmuşam və bu günə kimi də layihələrim uğurla davam edir. Layihələr bunlardır: “Mənim xəyali dünyam”,
“Xalq nağılları”, “Mənim məktəbim- sənin məktəbin”, “Mənim adım”, “Flowers”,  “Online magazine”, “Quots for teachers” , “Inspirational stories for teachers”, “My city now and then”, “My vision”,  “Local History”, “Helping youth say no gun” violence, “Let us try to give wings to our students to fly”, “My country”, “ The Earth Day celebration”, “Woman in my country” və müəllimlərin müzakirə fəzasında.
“Xalq nağılları”
 

“Xalq nağılları” layihəsi uğurlu bir layihə olub. Bu layihədə iştirak edən şagirdlərimlə birlikdə IEARN-nün online qəzetində birgə şəkillərimiz dərc edilib. Şagirdlərim Azərbaycan nağıllarını ingilis dilinə tərcümə edib həmyaşıdları ilə bölüşürdülər. “Xalq nağılları” layihəsi kitab şəklində nəşr olunub. Bu kitab layihənin koordinatoru tərəfindən bizə göndərilib.
2009-cu ildə mən Mərakeşdə layihənin koordinatoru Səlim İbrahimlə birlikdə bu layihənin təqdimatını apardım.  

 
Təqdimata hazırlaşırkən


2009-cu ildə Mərakeşdə 2 günlük “IEARN” təşkilatının “Master Trainer” seminarında iştirak etdim və sertifikat aldım. Hal-hazırda İsmayıllıda bu təşkilatın layihələrində iştirak edən müəllimlərə kömək edirəm.
2009-cu ildə Mərakeşdə iyulun 19-dan 25-nə kimi “IEARN təşkilatının 16-cı illik konfransı və 13-cü gənclik samiti”ndə iştirak etdim və sertifikat aldım. Mən Mərakeşdə IEARN təşkilatı ilə olan işlərimin təqdimatını etdim. 
2010-cu ildə martın 26-dan 29-na kimi Gürcüstanda “İctimai Nailiyyətlər” təşkilatının konfransında iştirak etmişəm və işlərini konfrans iştirakçıları ilə bölüşmüşəm və sertifikat almışam.
2010-cu ildəIEARN təşkilatının onlayn treninqində iştirak edib sertifikat almışam.
2010-cu ildə martın 16-da “One Day in the Life” webinar-ında iştirak edib sertifikata layiq görülmüşəm.
2009--cu ildə Türkiyəyə Məhmət Akif Ersoy universitetinin dəvətiylə uluslararası 3-cü Bilim şənliyinə dəvət edildim və orada iştirakçılarla öz layihələrimi paylaşdım və sertifikat aldım.
2010--cu ildə Türkiyəyə Məhmət Akif Ersoy universitetinin dəvətiylə uluslararası 4-cü Bilim şənliyinə dəvət edildim və orada iştirakçılarla öz layihələrimi paylaşdım və sertifikat aldım.
Hal-hazırda IEARN təşkilatının xətti ilə iki layihənin fasilitatoruyam "Xalq nağılları" və "Yerli tariximiz".

2 yorum:

  1. Çox şad oldum, Şükufə müəllimə, sizin haqqınızda bilmədiyim məqamlar da mənə maraqlı oldu, daha çox uğurlar arzu edirəm sizə.

    YanıtlaSil
  2. Salam Ruhiyye muellime, teshekkur edirem. Size de ugurlar dileyirem bir gun olsun ki, qalib olasiniz men de sizi tebrik edim inshallah.

    YanıtlaSil