7 Mayıs 2011 Cumartesi

Konfrans prezentasiyası

                               Konfrans prezentasiyası



2005-ci ilin iyun ayının 29-30-da Azerbaijan Connections and Exchange Program ilə Təhsil Nazirliyinin birgə “Azərbaycanda virtual məktəb” mövzusunda keçirdiyi konfransda məruzəçi kimi çıxış etdim. Mövzum “Çin təqvimi və bürclər” adlanırdı. Mən bu mövzunu power point dərs kimi hazırlamışdım. Deməliyəm ki, bu mənim kompüterlə ilk işim idi. Bu çıxışım dinləyicilər tərəfindən müsbət qarşılandı.2005-ci ilin iyun ayının 29-30-da Azerbaijan Connections and Exchange Program ilə Təhsil Nazirliyinin birgə “Azərbaycanda virtual məktəb” mövzusunda keçirdiyi konfransda məruzəçi kimi çıxış etdim. Mövzum “Çin təqvimi və bürclər” adlanırdı. Mən bu mövzunu power point dərs kimi hazırlamışdım. Deməliyəm ki, bu mənim kompüterlə ilk işim idi. Bu çıxışım dinləyicilər tərəfindən müsbət qarşılandı. Bu işimə görə sertifikata layiq görüldüm.



2005-ci ildə məktəbimizdə "Xarici dil dərslərində kommunikasiya vasitələrindən istifadə yolları və təlimkeyfiyyətinin yuksəldilməsində onun rolu" mövzusunda elmi-praktik konfrans keçirildi və mən həmin konfransda "Qlobal sinif" layihəmi iştirakçılara təqdim etdim və bu layihənin  şagirdlərin ingilis dilinin möhkəmlənməsində rolunu qeyd etdim. Bu işimə görə Təhsil Şöbəsinin "Fəxri Fərman"ına layiq görüldüm.

2008-ci ildə TEA proqramının qalibi olmuşam və 6 həftə ABŞ-da təcrübə mubadiləsində olmuşam. 3 ştatda oldum Vaşinqton DC, Nebraska və Alabama. 
                                 ABŞ-dakı şagirdlərimlə

2008-ci ildə mən “Enjoy English club” adlı klub da yaratdım və ingilis dilində müxtəlif forumlar keçirdik.
Enjoy English Club-ın birinci forumunun mövzusu Cəmiyyət üçün hərtərəfli vətəndaşın yetişdirilməsində təhsilin rolu idi.  Forumda RTŞ nin nümayəndələri və məktəblərin müəllim və şagirdləri iştirak edirdi. Forum üçün 3 mövzu seçilmişdi Təhsil əvvəllər, indi və gələcəkdə, Sən və cəmiyyət, Adətlər. Bu forum çox maraqlı oldu və iştirakçılar çox fəal idilər.
İkinci forum  Xocalı faciəsi mövzusunda oldu. Bu müzakirələr ingilis dilində aparılır və bu yolla da şagirdlərin nitqini daha da formalaşır. Forumda şagirdlər yanvar qırğını haqqında, zəbt olunmuş torpaqlarımız haqqında fikir mübadiləsi etdilər.

“TEA”  (Teaching Excellence and Achievement Program) proqramı
 
2007 ci ildə mən TEA proqramında iştirak etdim və qalib oldum. Mən 2008-ci ilin payızında bu proqramin xətti ilə Amerika Birləşmiş Ştatlarına getdim. Bu 6 həftəlik bir gedişdir və bu proqramın məqsədi təcrübə mübadiləsidir. Biz həm ABŞ universitetlərində, həm də orta məktəblərdə təcrübə mübadiləsi keçdik.
Bu proqramın məqsədi professional inkişafı təchiz etmək imkanı, Amerika və beynəlmiləl müəllimlərlə və onların şagirdləri ilə qarşılıqlı anlaşmaqdır. Bu proqram vasitəsi ilə ABŞ  universitetlərində öyrətmə metodologiyası, yeni tədris proqramının inkişafı barədə seminarlarda iştirak etdim və öz əməkdaşlarım ilə tədris sahəsində fikir mübadiləsi etdim. Bundan əlavə biz başqa ölkələrin nümayəndələrini milli mədəniyyətimizlə tanış etdik.


          “Təhsil almaq üçün bərabər hüquq və imkanlar: 
                       Məktəb Qrantı Proqramı
Mən Dünya bankının xətti ilə layihədə iştirak edirdim. Bu Təhsil almaq üçün bərabər hüquq və imkanlar: Məktəb Qrantı Proqramı komponenti üzrə treninq adlanır. Bu treninqdən sonra mən məktəbimizdə treninq keçirmişəm, və treninq iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir.
2006 - cı ilin sentyabrında  mən Təhsil Nazirliyinin, Dünya Bankının və Müasir təhsilə və tədrisə yardım mərkəzinin xətti ilə Litvada 5 günlük təcrübə mübadiləsində oldum. Biz Litvada təhsilin yeni metodlarla öyrədilməsi barədə təcrübə mübadiləsi keçdik.
 
                                      AZETA konfransları
Mən AZETA nın bütün konfranslarında fəal iştirak    edirəm və onun üzvüyəm. 
Sentyabr ayının 8 10 2006 cı ildə mən AzETA-nın Bakıda keçirilən 3 - cü konfransında iştirak etmişəm.  
Mən 2006-cı ilin may ayının 26 - da Qəbələdə keçirilən konfransda prezentasiya təqdim etdim.

Mənim mövzum “Öz nağıl kitabının hazırlanmasının əhəmiyyəti nədir?” idi.
2007 - ci  ilin noyabrın 10 11 - də mən  Bakıda AzETA-nın konfransında iştirak etdim. Mən yenə də prezentasiya verdim. Mövzum İngilis və Azərbaycan dillərində inkarlıq kateqoriyası idi. Yenə bu mövzunu power point prezentasiyada hazırlayıb və sonda qrammatikanın öyrədilməsinin əhəmiyyəti barədə öz fikirlərimi qeyd etmişdim. Mənim bu çıxışım iştirakçıların çox xoşuna gəldi və mən bu prezentasiyama görə sertifikat aldım.
AZETA nın 2008-ci il mayın 24 də İsmayıllıda regional konfransı keçirili.
Mən bu konfransda çixiş etdim. Mövzum “Teaching young learners making their own story book adlanırdı. Bu da şagirdlərlə birgə işi əks edən öz nağıl kitablarını necə yaratmaq barədə idi. Mən bu kopnfransda da uğur qazandım və sertifikata layiq görüldüm.
Şagirdim Vüsal Həmzəyev indiLondonda  işləyir.  Londonda Azərbaycan gənclər Klubutəşkil edib.
O, Londonda Kaspian Xəzri məktəbinin yaradıcılarındandır.
Araz qəzetinin təsisçisidir.
                        Elektron dərsin hazırlanması
 30 iyun 2010-cu ildə İsmayıllı rayon Təhsil Şöbəsinin xətti ilə "İKT-nin dərslərə tətbiqi: Nəticələr, problemlər, perspektivlər" mövzusunda İsmayıllı müəllimləri ilə seminar keçirdik və müəllimlərə öz elektron dərslərini necə hazırlamağın yollarını öyrətdik. Həm də onlara öz hazırladığımız dərsləri nümayiş etdirdik.
2-3 okyabr 2010-cu ildə İREX təşkilatının Bakı konfransında “Azərbaycanın təbiəti, flora və faunası” mövzusunda müasir innovativ metodlar və Blum taksanomiyası əsasında dərs keçdim və yaxşı işimə görə sertifikat aldım. Bu işim təşkilatın resurs mərkəzində müəllimlərə nümunəvi dərs kimi təqdim edilir.
2009-cu ildə Mərakeşdə 2 günlük “IEARN” təşkilatının “Master Trainer” seminarında iştirak etdim və sertifikat aldım. Hal-hazırda İsmayıllıda bu təşkilatın layihələrində iştirak edən müəllimlərə kömək edirəm.
                                                               
                
                     Sertifikatin təqdimetmə mərasimindən görünüş
2009-cu ildə Mərakeşdə iyulun 19-dan 25-nə kimi “IEARN təşkilatının 16-cı illik konfransı və 13-cü gənclik samiti”ndə iştirak edib və sertifikat alıb. Mərakeşdə IEARN təşkilatı ilə olan işlərimin təqdimatını etmişəm
 
Mən 17 oktyabr 2009-cu ildə IREX təşkilatının “Təhsildə innovasiya” mövzusunda konfransında iştirak edib sertifikat almışam.
 30 may 2009-cu ildə “Təhsildə liderlik” mövzusunda konfransda iştirak edib sertifikat almışam.
Mən  iyunun 12-də 2010-cu ildə “Successful Educational Leadership” mövzusunda konfransda iştirak edib sertifikat almışam.


                  IREX konfransından görünüş
            

  2-3 okyabr 2010-cu ildə İREX təşkilatının Bakı konfransında “Azərbaycanın təbiəti, flora və faunası” mövzusunda müasir innovativ metodlar və Blum taksanomiyası əsasında dərs keçib və yaxşı işimə görə sertifikat almışam. Bu işim təşkilatın resurs mərkəzində müəllimlərə nümunəvi dərs kimi təqdim edilir.
 2009--cu ildə İsmayıllı rayonunun müəllimləri üçün  IEARN təşkilatının elmi-praktik konfransını keçirib və bu təşkilat haqqında onlara məlumat vermişəm, müəllimlərin bu təşkilatın layihələrinə qoşulmasına köməklik göstərmişəm. Mütəmadi olaraq  müəllimlərə çətinliklərində yardım edirəm.
 IEARN təşkilatının xətti ilə iki layihənin fasilitatoruyam: “Xalq nağılları” və “Yerli tariximiz”. Adım İEARN təşkilatının layihə kitabına bu layihələrin fasilitatoru kimi daxil edilib.
2010-cu ildə martın 26-dan 29-na kimi Gürcüstanda “İctimai Nailiyyətlər” təşkilatının konfransında iştirak etmişəm və işlərimi konfrans iştirakçıları ilə bölüşmüşəm və sertifikat almışam.


2009-cu ildə TEA proqramının xətti ilə Amerikan müəllim  Con Lee  ilə məktəbimizdə müəllim və şagirdlərlə müxtəlif gorüşlər və  seminarlar keçirmişəm.


Biz həm də siniflərimdə birlikdə dərs də keçdik.

2009-cu ildə "Müəllimlər institutunda"  "İstedadlı uşaqlarla iş" mövzusunda konfransda iştirak etdim.
2010-cu ildəIEARN təşkilatının onlayn treninqində iştirak edib sertifikat almışam.


2010-cu ildə martın 16-da “One Day in the Life” webinar-ında iştirak edib sertifikata layiq görülmüşəm.
2010-cu ildəBritish council təşkilatının xətti ilə keçirilən onlayn treninqdə iştirak etmişəm. Bu “Primary Teacher Training Online” adlanır. Bu 4 aylıq bir treninq idi və mən bu treninqdən sertifikat aldım.

2010-cu ildə Təhsil Nazirliyi və “Mədəd” təşkilatının təlimçisi seçilmişəm və müəllimlərə treninq keçirəm. 


                        ABŞ səfiri məktəbimizdə 

 2011-ci ilin Mayında ABŞ-ın Azərbaycandakı səfiri məktəbimizin qonağı oldu və "Sülh Korpusu" könulluləri ilə işlərimizin nəticəsi ilə maraqlandı. Görüşdə mən könüllülərlə gördüyüm işlər haqqında təqdimat etdim. Səfir mənim təqdimatımı çox bəyəndi və mənə təşəkkür etdi. 


 Təqdimat zamanı

Hiç yorum yok:

Yorum Gönder