7 Mayıs 2011 Cumartesi

Təqdimat

Ən böyük sədəqə biliyi bilməyənlər arasında yaymaqdır.
Hz. Məhəmməd



“LEARN FROM YESTERDAY, LIVE FOR TODAY AND HOPE FOR TOMORROW”
                 ALBERT EINSTEYN

Salam! Mən Azərbaycanın İsmayıllı rayonundanam. Mənim adım Şükufə, soyadım Nəcəfovadır. 23 ildir ki, İsmayıllı şəhər 1 saylı orta məktəbdə ingilis dili müəllimi işləyirəm.  İşlədiyim müddətdə şagirdlərinin hərtərəfli bir vətəndaş kimi formalaşması üçün çalışıram.
Mən məktəb üçün ingilis dili kitabxanasının yaradılmasında fəal iştirak etmişəm. 
Bu kitabxana “Aid Dorian Book” təşkilatından əldə edilib. Bu təşkilata məktub yazıb məktəbə kitab göndərmələrini xahiş etdim və həmin təşkilat məktəbə və mənim özümə kitab bağlamaları göndərib. Şagirdlər bu kitablardan istifadə edərək ingilis dilini
daha da zənginləşdirirlər.
IEARN təşkilatinin xətti ilə bir mini qrant layihəsinin  də qalibi olmuşam. Bu qrant layihəsi “İbtidai siniflər üçün resurs mərkəzi” adlanır. Şagirdlər  bu resurslardan ingilis dilinin daha da mükəmməl öyrənilməsi üçün yetərincə faydalanırlar. Hal-haırda müxtəlif təşkilatlarla əməkdaşlıq edirəm. IEARN, IREX, AZETA, British Council,  və s. IEARN təşkilatının xətti ilə şagirdlərimlə birlikdə müxtəlif dünyəvi  layihələrdə iştirak edirəm. Həmçinin bu təşkilatın xətti ilə iki layihənin fasilitatoruyam: “Yerli tariximiz” və “Xalq nağılları”.“Xalq nağılları” layihəmiz IEARN təşkilatı tərəfindən kitab kimi nəşr edilib. 
Bu layihənin təqdimatını hal-hazırda mənimlə layihəni fasilitasiya edən əməkdaşımla Mərakeşdə IEARN təşkilatnın 16-cı ölkə konfransında etmişik. 
2008-ci ildə TEA (Teaching Excellence and Achievement Program) proqramının qalibi olmuşam. 

                     Alabama ştatında konfransda
 
Mentorumla birlikdə


2008-ci ildə “İlin müəllimi” müsabiqəsinin qalibi olmuşam və 5000 manat pulla mükafatlanmışam və sertifikata layiq görülmüşəm.
 
2009-cu ildə TEA proqramının seçki komissiyasının üzvü olmuşam və bu proqramda iştirak edən müəllimlərin işlərinin yoxlanılmasında və intervüsündə iştirak etmişəm.
2010-cu ildən Təhsil Nazirliyinin və “Mədəd” təşkilatının xətti ilə “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” kursunun treneri kimi fəaliyyət göstərirəm.
Mən 1-ci sinifdən 11-ci sinfədək bütün siniflərdə dərs deyirəm. Əgər mənimlə əlaqə saxlamaq istəsəniz, zəhmət olmasa mənə yazın.  










Bu videoda siz ABŞ-ın Azərbaycandakı  səfiri Metyu Brayza ilə məktəbimizdə Sülh korpusunun 50 illiyi münasibətilə keçirilən mitinqi görə bilərsiniz.


Mənim e-mailim: