Konfrans prezentasiyası

2008-ci ildə TEA proqramının qalibi olmuşam və 6 həftə ABŞ-da təcrübə mubadiləsində olmuşam. 3 ştatda oldum Vaşinqton DC, Nebraska və Alabama.
ABŞ-dakı şagirdlərimlə

“Enjoy English Club”-ın birinci forumunun mövzusu “Cəmiyyət üçün hərtərəfli vətəndaşın yetişdirilməsində təhsilin rolu” idi. Forumda RTŞ – nin nümayəndələri və məktəblərin müəllim və şagirdləri iştirak edirdi. Forum üçün 3 mövzu seçilmişdi ”Təhsil əvvəllər, indi və gələcəkdə”, “Sən və cəmiyyət”, “Adətlər”. Bu forum çox maraqlı oldu və iştirakçılar çox fəal idilər.

“TEA” (Teaching Excellence and Achievement Program) proqramı


“Təhsil almaq üçün bərabər hüquq və imkanlar:
Məktəb Qrantı Proqramı”


AZETA konfransları

Sentyabr ayının 8 – 10 – 2006 – cı ildə mən AzETA-nın Bakıda keçirilən 3 - cü konfransında iştirak etmişəm.
Mən 2006-cı ilin may ayının 26 - da Qəbələdə keçirilən konfransda prezentasiya təqdim etdim.
Mənim mövzum “Öz nağıl kitabının hazırlanmasının əhəmiyyəti nədir?” idi.
2007 - ci ilin noyabrın 10 – 11 - də mən Bakıda AzETA-nın konfransında iştirak etdim. Mən yenə də prezentasiya verdim. Mövzum “İngilis və Azərbaycan dillərində inkarlıq kateqoriyası” idi. Yenə bu mövzunu power point prezentasiyada hazırlayıb və sonda qrammatikanın öyrədilməsinin əhəmiyyəti barədə öz fikirlərimi qeyd etmişdim. Mənim bu çıxışım iştirakçıların çox xoşuna gəldi və mən bu prezentasiyama görə sertifikat aldım.

AZETA – nın 2008-ci il mayın 24 – də İsmayıllıda regional konfransı keçirili.
Mən bu konfransda çixiş etdim. Mövzum “Teaching young learners making their own story book” adlanırdı. Bu da şagirdlərlə birgə işi əks edən öz nağıl kitablarını necə yaratmaq barədə idi. Mən bu kopnfransda da uğur qazandım və sertifikata layiq görüldüm.
Şagirdim Vüsal Həmzəyev indiLondonda işləyir. Londonda Azərbaycan gənclər Klubutəşkil edib.
O, Londonda Kaspian –Xəzri məktəbinin yaradıcılarındandır. Araz qəzetinin təsisçisidir.
Elektron dərsin hazırlanması
O, Londonda Kaspian –Xəzri məktəbinin yaradıcılarındandır. Araz qəzetinin təsisçisidir.
Elektron dərsin hazırlanması

Sertifikatin təqdimetmə mərasimindən görünüş
2009-cu ildə Mərakeşdə iyulun 19-dan 25-nə kimi “IEARN təşkilatının 16-cı illik konfransı və 13-cü gənclik samiti”ndə iştirak edib və sertifikat alıb. Mərakeşdə IEARN təşkilatı ilə olan işlərimin təqdimatını etmişəm.
2-3 okyabr 2010-cu ildə İREX təşkilatının Bakı konfransında “Azərbaycanın təbiəti, flora və faunası” mövzusunda müasir innovativ metodlar və Blum taksanomiyası əsasında dərs keçib və yaxşı işimə görə sertifikat almışam. Bu işim təşkilatın resurs mərkəzində müəllimlərə nümunəvi dərs kimi təqdim edilir.
2009--cu ildə İsmayıllı rayonunun müəllimləri üçün IEARN təşkilatının elmi-praktik konfransını keçirib və bu təşkilat haqqında onlara məlumat vermişəm, müəllimlərin bu təşkilatın layihələrinə qoşulmasına köməklik göstərmişəm. Mütəmadi olaraq müəllimlərə çətinliklərində yardım edirəm.
Mən 17 oktyabr 2009-cu ildə IREX təşkilatının “Təhsildə innovasiya” mövzusunda konfransında iştirak edib sertifikat almışam.
Mən iyunun 12-də 2010-cu ildə “Successful Educational Leadership” mövzusunda konfransda iştirak edib sertifikat almışam.
IREX konfransından görünüş
IEARN təşkilatının xətti ilə iki layihənin fasilitatoruyam: “Xalq nağılları” və “Yerli tariximiz”. Adım İEARN təşkilatının layihə kitabına bu layihələrin fasilitatoru kimi daxil edilib.
2010-cu ildə martın 26-dan 29-na kimi Gürcüstanda “İctimai Nailiyyətlər” təşkilatının konfransında iştirak etmişəm və işlərimi konfrans iştirakçıları ilə bölüşmüşəm və sertifikat almışam.
2009-cu ildə TEA proqramının xətti ilə Amerikan müəllim Con Lee ilə məktəbimizdə müəllim və şagirdlərlə müxtəlif gorüşlər və seminarlar keçirmişəm.
Biz həm də siniflərimdə birlikdə dərs də keçdik.
2010-cu ildə martın 16-da “One Day in the Life” webinar-ında iştirak edib sertifikata layiq görülmüşəm.
2010-cu ildə Təhsil Nazirliyi və “Mədəd” təşkilatının təlimçisi seçilmişəm və müəllimlərə treninq keçirəm.

ABŞ səfiri məktəbimizdə
2011-ci ilin Mayında ABŞ-ın Azərbaycandakı səfiri məktəbimizin qonağı oldu və "Sülh Korpusu" könulluləri ilə işlərimizin nəticəsi ilə maraqlandı. Görüşdə mən könüllülərlə gördüyüm işlər haqqında təqdimat etdim. Səfir mənim təqdimatımı çox bəyəndi və mənə təşəkkür etdi.
Təqdimat zamanı
ABŞ səfiri məktəbimizdə
Təqdimat zamanı
Hiç yorum yok:
Yorum Gönder