Ən böyük sədəqə biliyi bilməyənlər arasında yaymaqdır.
Hz. Məhəmməd
“LEARN FROM YESTERDAY, LIVE FOR TODAY AND HOPE FOR TOMORROW”
ALBERT EINSTEYN
Salam! Mən Azərbaycanın İsmayıllı rayonundanam. Mənim adım Şükufə, soyadım Nəcəfovadır. 23 ildir ki, İsmayıllı şəhər 1 saylı orta məktəbdə ingilis dili müəllimi işləyirəm. İşlədiyim müddətdə şagirdlərinin hərtərəfli bir vətəndaş kimi formalaşması üçün çalışıram.
Mən məktəb üçün ingilis dili kitabxanasının yaradılmasında fəal iştirak etmişəm.
Bu kitabxana “Aid Dorian Book” təşkilatından əldə edilib. Bu təşkilata məktub yazıb məktəbə kitab göndərmələrini xahiş etdim və həmin təşkilat məktəbə və mənim özümə kitab bağlamaları göndərib. Şagirdlər bu kitablardan istifadə edərək ingilis dilini
daha da zənginləşdirirlər.
2008-ci ildə TEA (Teaching Excellence and Achievement Program) proqramının qalibi olmuşam.
Mentorumla birlikdə
2008-ci ildə “İlin müəllimi” müsabiqəsinin qalibi olmuşam və 5000 manat pulla mükafatlanmışam və sertifikata layiq görülmüşəm.
2009-cu ildə TEA proqramının seçki komissiyasının üzvü olmuşam və bu proqramda iştirak edən müəllimlərin işlərinin yoxlanılmasında və intervüsündə iştirak etmişəm.
2010-cu ildən Təhsil Nazirliyinin və “Mədəd” təşkilatının xətti ilə “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” kursunun treneri kimi fəaliyyət göstərirəm.








